Zaqatala xəstəxanasında ana ölümü ilə bağlı cinayət işi başlandı

Zaqatalada gənc ananın doğuş zamanı ölməsi ilə bağlı cinayt işi
başlanıb.

Zaqatala rayon prokurorluğundan AzerTimes-ın sorğusuna cavab olaraq
bildirilib ki, rayonun Çökək kənd sakini 1995-ci il təvəllüdlü Rəna
Ramazanovanın martın 21-də saat 14 radələrində Zaqatala rayon
mərkəzi xəstəxanasının reanimasiya şöbəsində ölməsi faktı ilə bağlı
Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Teqlər: