Xəbər - Samir Əli – Trend:
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinlərindən qanunsuz olaraq saxladıqları odlu silahlar aşkarlanıb.
DİN-in Mətbuat Xidmətindən Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, rayonun Danaçı kənd sakini İrfan Hacıyev və Aşağı Çardaxlar kənd sakini Sərxan Cəfərovun hər birindən müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.