Zaporojyedə Rusiyanın 15 kəşfiyyatçısı məhv edildi

Zaporojyedə Rusiyanın 15 kəşfiyyatçısı məhv edildi

Ukraynanın Zaporojye vilayətinin Vasilevsk rayonunun Novobeloserka kəndi yaxınlığındakı döyüşdə Rusiya Federal Təhlükəsizlik Xidmətinin 15 əməkdaşı məhv edilib.

AzerTimes Report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Qeyd edilib ki, Ukrayna müdafiəçiləri dekabrın 25-də kəndə daxil olub. Nəticədə yüzə yaxın Rusiya hərbçisi öldürülüb və yaralanıb, o cümlədən Federal Təhlükəsizlik Xidmətinin 15 əməkdaşı zərərsizləşdirilib.

Qeyd edək ki, dekabrın 23-də Zaporojye vilayətinin Melitopol şəhərində avtomobildə partlayış baş vermişdi. Ehtimal olunur ki, avtomobildə Rusiya xüsusi xidmət orqanın əməkdaşları olub. Onların ikisi yaralanıb.

Teqlər: