Zaporojyedə 3 əsas döyüş nöqtəsi: Müdafiə yarılarsa…

Zaporojyedə 3 əsas döyüş nöqtəsi: Müdafiə yarılarsa…

Zaporojye vilayətində ən şiddətli döyüş əməliyyatlarının üç əsas məkanı Pyatixatki, Rabotino və Staromlinovkadır.

AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenko bildirib.

Ekspert qeyd edib ki, Pyatixatki indi Baxmuta çox oxşar rol oynayır, yalnız bir qədər fərqli qiyafədə:

“Bu kəndi geri almağa çalışırlar. Resursun əsas donoru Vasilyevkadır, bu da öz növbəsində Vasilyevka-Tokmak-Melitopol müdafiə üçbucağının zirvəsidir”.

Kovalenko bildirib ki, Rabotino əslində işğalçıların əsas müdafiəsidir, onun arxasında əsas müdafiə xətti durur:

“Əslində bu, ikinci xəttin başıdır, onun özəlliyi ondadır ki, bu xətt keçilərsə, 0408 Novoprokopovka-İlçenkovoe-Sladkaya Balka boyunca irihəcmli struktur dağılacaq”.

Onun sözlərinə görə, Staromlinovkada Rabotinodan fərqli olaraq əks-hücumların intensivliyi azalmır:

“İyun ayı ilə müqayisədə atışmanın intensivliyində azalma qeyd olunur ki, bu da artilleriyanın ikinci xətdən və arxadakı anbarlardan çıxarılmasının təsirini göstərir. Ümumiyyətlə, dayaq zolağının əsas müdafiə xəttinə çəkilməsi ilə cinahların nizamlanması prosesi də burada baş verir”.

Teqlər: