Zaporojye hücumlar səngiyib, Donbasda isə…

Zaporojye hücumlar səngiyib, Donbasda isə…

Rusiyanın Zaporojye istiqamətində hücum hərəkətləri hətta qoşunların bir hissəsinin Xerson vilayətindən oraya köçürülməsindən sonra da Donbasdakından qat-qat az aktivdir.

AzerTimes xəbər verir ki, bunu Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Starux bildirib.

“Xerson vilayətinin sağ sahilindən köçürülmüş işğalçıların bölmələri hazırda aktiv döyüşlərin getdiyi Zaporojye, Donetsk, Luqansk vilayətlərinin ərazisinə səpələnib.

İndi Zaporojye istiqamətində – Qulyaipolski rayonunda az-çox sakitlik hökm sürür. Artilleriya döyüşləri var. Kiçik hücum cəhdləri çox nadirdir. Ən isti vəziyyət Donbassdadır. Gündəlik onlarla, yüzlərlə və daha güclü hücumlar var”, – Starux qeyd edib.

Teqlər: