Kaxovka su elektrik stansiyasının bəndi dağıdılandan sonra Zaporojye AES-in ehtiyaclarını ödəmək üçün su çatışmazlığı ilə bağlı vəziyyət tezliklə kritik həddə çatacaq.
AzerTimes xəbər verir ki, bu barədə MAQATE-nin direktoru Rafael Qrossi danışıb.
“Şübhəsiz ki, təhlükə var. Bəlkə bir neçə həftə və ya bir ay sonra, amma bir şey etmək lazımdır. Çaxnaşma yaratmaq istəmirik, amma bu, ciddi bir vəziyyətdir. Tipik olaraq, reaktorlarda dövriyyədə olan suyun zəmanətli miqdarı tələb olunur. Əgər onu itirməyə başlasanız, probleminiz olacaq. Problem bir neçə gün və ya həftə gecikə bilər, lakin problem orada olacaq”, – Qrossi vurğulayıb.
Qeyd edək ki, ötən gün ruslar Kaxovka SES-in bəndini partladıblar.
Bu, Avropada son illərin ən böyük texnogen fəlakəti sayılır.