Zaporojye Atom Elektrik Stansiyasının təhlükəsizlik şöbəsinin rəisi Andrey Korotkinin avtomobili partladılıb.
AzerTimes xəbər verir ki, Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Baş Kəşfiyyat İdarəsi partlayışın səhər saatlarında baş verdiyini bildirib.
Hadisənin təfərrüatı barədə məlumat verilmir.
Qeyd edək ki, Zaporojye AES Rusiyanın işğal zonasındadır.