Zaporojye AES-də son vəziyyət

Zaporojye AES-də son vəziyyət

İşğal altında olan Zaporojye AES-də vəziyyət nəzarət altındadır, radiasiya fonu sabitdir. Çənlər normal texniki səviyyəyə qədər doldurulur.

AzerTimes xəbər verir ki, bu barədə Zaporojyenin hərbi rəhbərliyinin məlumatında bildirilib.

Məlumata görə, mütəxəssislər zavodun təhlükəsizliyini təmin etmək üçün AES işçilərinin necə hərəkət etməli olduğuna dair tədbirlərin siyahısı və müvafiq təlimatlar hazırlayıblar.

“Zaporojye vilayətinin sakinlərini sakit olmağa və yalnız təsdiqlənmiş məlumatlara etibar etməyə çağırırıq”, – bəyanatda vurğulanıb.

Qeyd edək ki, ötən gün ruslar Kaxovka SES-in bəndini partladıblar.

Bu, Avropada son illərin ən böyük texnogen fəlakəti sayılır.

Teqlər: