Zalujnının köməkçisinin ad günündə partlayış… – Təfərrüat

Zalujnının köməkçisinin ad günündə partlayış… – Təfərrüat

Ukrayna Daxili İşlər Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının köməkçisi Gennadi Çastyakovun ölümündə döyüş sursatı ilə ehtiyatsız davranması ehtimalına üstünlük verir.

AzerTimes xəbər verir ki, bu barədə Strana.ua məlumat yayıb.

Daxili İşlər Nazirliyinin nümayəndəsi Mariana Reva deyib ki, hadisə yerinə gələn polis və əməliyyat-istintaq qrupu da bunun döyüş sursatı ilə ehtiyatsız davranma nəticəsində baş verən partlayış olduğunu hesab edir.

Ukraynanın daxili işlər naziri İqor Klimenko Çastyakovun ölümünün rəsmi versiyasının təfərrüatını açıqlayıb:

“6 noyabrda mərhum mayor Çastyakovun doğum günü idi. O, həmkarlarının hədiyyələrini evə gətirib. İçərisində qumbaralar olan hədiyyə qutusunu çıxarıb, oğluna yeni Qərb tipli qumbaralardan birini göstərib. Oğul əvvəlcə döyüş sursatını götürüb və fitilin üzüyünü çevirməyə başlayıb. Daha sonra əsgər uşağın əlindən qumbaranı götürərək, fitili çəkib və nəticədə faciəli partlayış baş verib. Polis mənzildə daha beş belə partlamamış qumbara tapıb. Onlar müayinəyə göndəriləcək.

Polis Çastyakova ölümcül hədiyyə verən həmkarını tapıb. Artıq onun ofisində axtarış aparılıb, daha iki oxşar qumbara götürülüb. İstintaq davam edir”.

Teqlər: