Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı Ukrayna qoşunlarının Kursk vilayəti ərazisinə daxil olmasına qarşı çıxıb.
AzerTimes xəbər verir ki, bu barədə “Politiko” nəşri adı açıqlanmayan yüksək vəzifəli Ukrayna hərbçilərinə istinadən məlumat yayıb.
Onların məlumatına görə, Zalujnı Rusiya ərazisinin işğalına etiraz edib, çünki Kiyevin sərhədi yardıqdan sonra dəqiq fəaliyyət planı olmayıb.
Bildirilib ki, o, Ukrayna ordusunun sonrakı addımları ilə bağlı Ukrayna Prezidenti Vladimir Zelenskidən heç vaxt dəqiq cavab almayıb.