Xəbər verdiyimiz kimi, Ukrayna gecə saatlarında Azov dənizi üzərində Rusiyanın iki hərbi təyyarəsini vurub.
AzerTimes xəbər verir ki, bu faktı Ukrayna ordusunun baş komandanı Valeri Zalujni təsdiqləyib.
Zalujni rəsmi Teleqram kanalından bununla bağlı açıqlama yayıb:
“Ukrayna Hərbi Hava Qüvvələrinin əsgərləri düşmənin A-50 uzaqmənzilli radar aşkarlayıcı təyyarəsini və İl-22 hava idarəetmə məntəqəsini məhv edib. Azov bölgəsində mükəmməl planlaşdırılmış və həyata keçirilən əməliyyata görə Hərbi Hava Qüvvələrinə təşəkkür edirik!”