Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ilə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı, general Kristofer Kavoli arasında telefon danışığı olub.
AzerTimes xəbər verir ki, bu barədə Valeri Zalujnı Teleqram hesabında məlumat yayıb.
“Mən general Kavoliyə təmas xəttindəki vəziyyət, müdafiə və hücum əməliyyatlarımız haqqında ətraflı məlumat verdim”, – Zalujnı bildirib.