Ukrayna Silahlı Qüvvələrinin komandanı Valeri Zalujnının mümkün istefasından asılı olmayaraq, NATO Ukraynaya dəstəyini davam etdirəcək.
AzerTimes xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
“Zalujnının istefası. Bunu ukraynalılar həll etməlidir, NATO bu məsələdə heç bir şərh verə bilməz. Lakin mən xarici işlər naziri Dmitri Kulebanın bu dəyişikliklərin Ukraynanın tərəfdaşlarla münasibətlərinə təsir etməyəcəyi, ona görə də NATO-nun Ukraynanı dəstəkləməkdə davam edəcəyi barədə dəqiq bəyanatını alqışlayıram”, – Stoltenberq bildirib.