Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı ilə Böyük Britaniya Müdafiə Qərargahının rəisi admiral Toni Radakin arasında telefon danışığı baş tutub.
AzerTimes xəbər verir ki, bu barədə Zalujnının Feysbuk səhifəsində məlumat yayılıb.
“Mən həmkarıma bütün cəbhə boyu əməliyyat vəziyyəti barədə məlumat verdim. Baxmut istiqamətində ən çətin vəziyyətdir. Müdafiə qüvvələrinin səyləri sayəsində vəziyyət sabitləşir”, – Zalujnı bildirib.