Zalujnı Braunla danışdı: vəziyyət mürəkkəbdir

Zalujnı Braunla danışdı: vəziyyət mürəkkəbdir

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ilə ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Braun arasında telefon danışığı baş tutub.

AzerTimes xəbər verir ki, bu barədə Zalujnı Teleqram kanalında məlumat verib.

O, telefon danışığında Ukrayna qoşunlarının qış dövrü üçün planları və təcili ehtiyacları barədə müzakirələr apardıqlarını vurğulayıb.

“Avdeyevski, Kupyansk və Maryinka istiqamətləri ən qaynar nöqtələr olaraq qalır. Vəziyyət mürəkkəbdir. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri müəyyən istiqamətlərdə hücum əməliyyatlarını davam etdirir”, – deyə məlumatda bildirilib.

Teqlər: