Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması,
İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir
Sultanovun apellyasiya məhkəməsi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində bu
gün baş tutan iclasa vəkil Vüqar Babayev müdafiə çıxışı edib. Daha
sonra qərar elan olunub. Qərara əsasən, Z.Sultanovun həbs müddəti 5
il 6 aya endirilib.
Qeyd edək ki, Z.Sultanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü
ilə 11 il azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi
əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə
saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı
icraata götürülüb. Z.Sultanova Cinayət Məcəlləsinin 179.4-cü
(xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.
Rafiq Bayramov 8 il azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə R.Bayramovun cəzası 8
ildən 4 il 6 aya endirilib.