Zakir Qaralovun dindirilməsi tələb edildi – MTN işi

Zakir Qaralovun dindirilməsi tələb edildi – MTN işi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, həmçinin MTN-in keçmiş əməkdaşları – Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AzerTimes xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə MTN müstəntiqlərinin ibtidai istintaqa verdikləri ifadələrin elan edilib.

İfadələr təqsirləndirilən şəxs Yasin Məmmədovun vəsatəti əsasında elan olunub.

O bildirib ki, icraatlarında olan cinayət işləri üzrə Baş Prokurorluqdan verilən şifahi və yazılı göstərişləri icra ediblər.

Təqsirləndirilən şəxs Sahib Ələkbərov 20 il xidmət etdiyini diqqətə çatdırmaqla ona 6 epizod üzrə ittiham verildiyini deyib.

İttihmların saxta olduğunu deyən Sahib Ələkbərov həmin epizodlar üzrə zərərçəkən qismində tanınan şəxslərdən hədə-qorxu ilə pul almadığını, tələb etmədiyini, rüşvət almadığını dilə gətirib.

O, icraatında olan cinayət işləri üzrə birbaşa baş prokuror Zakir Qaralov və onun 1-ci müavini Rüstəm Usubovun şifahi və yazılı göstərişlərini icra etdiyini deyib.

Bundan sonra Sahib Ələkbərov yazılı şəkildə hazırladığı vəsatəti elan edib. O, sabiq baş prokuror Zakir Qaralovla onun 1-ci müavini Rüstəm Usubovun məhkəmə prosesinə şahid qismində dəvət edilmələrini tələb edib: “Zakir Qaralovla Rüstəm Usubovun bu məhkəmə prosesində şahid qismində dindirilmələri olduqca vacibdir”.

Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov məhkəmənin diqqətinə çatdırıb ki, zərərçəkənlərinin çoxunun barəsində qanuni ittihamedici hökm qüvvədədir.

Məhkəmənin növbəti iclası iyunun 21-nə təyin edilib.

Teqlər: