Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 8-də Quru Qoşunlarının Xocavənd rayonundakı Əməliyyat (Komando) bölmələrinin təlim-məşqlərini izləyib.
Bu barədə AzerTimes-a Müdafiə Nazirliyindən məlumat verilib.
2022-ci ilin döyüş hazırlığı planına əsasən çətin relyefli ərazilərdə keçirilən təlimdə komandolar yüksək peşəkarlıq nümayiş etdiriblər.
Müdafiə nazirinə təlimin planına uyğun olaraq qəbul edilən qərar barədə məruzə edilib.
Qeyd olunub ki, ssenariyə əsasən təxribat törədərək dövlət sərhədi istiqamətindəki yaşayış məntəqəsinə basqın edən şərti düşmənin zərərsizləşdirilməsi üzrə komando bölməsi müvafiq tapşırıq alıb.