Zakir Həsənov Türkiyəyə səfər edəcək

Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də Türkiyəyə işguzar səfərə yola düşəcək.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, səfər çərçivəsində Türkiyə Milli Müdafiə naziri ilə görüşdə regional təhlükəsizlik, iki qardaş ölkənin orduları arasında qarşılıqlı əlaqənin inkişafı, eləcə də hərbi-texniki, hərbi təhsil, hərbi tibb səhələri üzrə əməkdaşlıq və maraq doğuran digər məsələr müzakirə ediləcək.

Səfər fevralın 2-dək davam edəcək.

Teqlər: