Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə “Efes-2022” beynəlxalq təlimini izləmək üçün qardaş ölkəyə işgüzar səfər edib.
AzerTimes xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgini də ziyarət edəcək.