Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli
müdafiə naziri cənab Hulusi Akara və Baş Qərargah rəisi ordu
generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.
Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, başsağlığında deyilir: “Qardaş Türkiyə
Silahlı Qüvvələri tərəfindən “Pənçə Kilit” əməliyyatının aparıldığı
bölgədə şanlı türk ordusunun hərbi qulluqçusunun şəhid olması
xəbəri məni dərindən kədərləndirdi. Sizin acınız bizim də
acımızdır. Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş
Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və Sizi var gücümüzlə
dəstəkləyirik. Şəhid olan hərbi qulluqçuya rəhmət diləyir, onun
yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə
başsağlığı verirəm.
Allah rəhmət eləsin”.