Zakir Həsənov sərhəddəki son toqquşmalardan danışdı

Zakir Həsənov sərhəddəki son toqquşmalardan danışdı

Mayın 15-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən xidməti müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib.

Bu barədə AzerTimes-a Müdafiə Nazirliyindən bildirilib.

“Kəlbəcər istiqamətində baş vermiş son döyüş toqquşmalarına toxunan müdafiə naziri qarşı tərəfə layiqli cavab verildiyini, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların genişlənməsinin qarşısının qətiyyətlə alındığını və ona xeyli zərər vurulduğunu qeyd edib. Nazir baş verə biləcək silahlı insidentlərə qarşı bundan sonra da sərt cavab tədbirlərinin görülməsi barədə aidiyyəti vəzifəli şəxslərə göstəriş verib”, – məlumatda qeyd edilib.

Teqlər: