Türkiyədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 25-də İstanbul şəhərində təşkil edilən “SAHA EXPO 2022” müdafiə, aerokosmik və kosmik sənaye sərgisinin açılış mərasimində iştirak edib.
Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nazir sərgidə “Roketsan”, “TUSAŞ”, HAVELSAN, BAYKAR, TUALCOM və ASELSAN şirkətlərinin rəhbər heyətləri ilə görüşüb, nümayiş etdirilən müasir silah və döyüş texnikası nümunələri ilə tanış olub.
Qeyd edək ki, sərgidə Türkiyənin milli müdafiə naziri Hulusi Akar, eləcə də qardaş ölkənin və digər ölkələrin bir sıra dövlət və hökumət rəsmiləri də iştirak edib.