Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi polkovnik Nəriman Cabbarov vəzifəsindən azad edilib.
AzerTimes xəbər verir ki, bununla bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
Qeyd edək ki, Nəriman Cabbarov hazırda həbsdə olan Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovdan sonra bir müddət həmin vəzifəni icra edib, sonra isə nazirin əmri ilə adıçəkilən idarəyə rəis təyin olunub.
MN-dəki 143 milyonluq cinayət işində Nəriman Cabbarovun adı keçib və polkovnik məhkəmədə şahid qismində dindirilib.
Qeyd edək ki, xəbəri ilk Unikal.az saytı yayıb.