Azərbaycan Respublikası müdafiə nazirinin İsrailə rəsmi səfəri başlayıb.
Müdafiə Nazirliyindən verilən məlkumata görə, general-polkovnik Zakir Həsənovun səfəri İsrail Dövlətinin Müdafiə naziri Aviqdor Libermanın dəvəti ilə başlayıb.
General Həsənov Tel-Əviv şəhərinə yola düşüb.
Rəsmi səfər çərçivəsində general-polkovnik Z.Həsənovun İsrailin Müdafiə naziri ilə görüşü, Silahlı Qüvvələrin Komanda və İdarəetmə Mərkəzini, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi və digər tədbirlərdə iştirakı nəzərdə tutulub.