Zakir Həsənov İranla sərhəddəki təlimlərdən danışdı

Zakir Həsənov İranla sərhəddəki təlimlərdən danışdı

Azərbaycan-Türkiyə birgə təlimində bütün qoşun növləri vəzifələrini yüksək səviyyədə yerinə yetiriblər.

AzerTimes xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə birgə təliminin dekabrın 6-da keçirilən “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə şəxsi heyətin təltif olunma mərasimində deyib.

Nazir qardaş Türkiyə hərbi qulluqçularını Azərbaycanda görməkdən məmnun olduğunu qeyd edib.

Z. Həsənov eyni zamanda bildirib ki, 44 günlük müharibədən sonra Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunda Türkiyə Silahlı Qüvvələrinə uyğun islahatlar həyata keçirilir:

“Biz şanslıyıq. Çünki Türkiyə Silahlı Qüvvələri dünyanın ən aparıcı ordularından biridir. Bir millət-iki dövlət olaraq biz bu şansdan səmərəli istifadə edirik. Türkiyə-Azərbaycan qardaşlığı əbədidir. Yaşasın, Türkiyə – Azərbaycan qardaşlığı!”.

Teqlər: