Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qori şəhərindəki David Ağmaşenebeli Milli Müdafiə Akademiyasını ziyarət edib.
Bu barədə AzerTimes-a Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə naziri akademiyanın rektoru briqada generalı Mamia Balaxadze ilə görüşüb. Görüşdə hərbi təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsi, eləcə də bu sahənin inkişaf perspektivləri müzakirə olunub.
Sonra general-polkovnik Z.Həsənov akademiyanın “Şərəf kitabı”nı imzalayıb.
Milli Müdafiə Akademiyası ilə tanışlıqdan sonra general-polkovnik Z.Həsənov kursantların idman yarışını izləyib.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.