Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov qardaş ölkəyə işgüzar səfəri çərçivəsində rəhbərlik etdiyi nümayədə heyəti ilə birgə Türkiyənin banisi Mustafa Kamal Atatürkün mavzoleyini – Anıtqəbri ziyarət edib.
Bu barədə AzerTimes-a Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə naziri, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və digər qonaqlar Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyuraq, xatirəsinə ehtiram nümayiş etdiriblər.
General-polkovnik Z.Həsənov “Xatirə kitabı”na ürək sözlərini yazıb.
Müdafiə nazirinin Türkiyədə işgüzar səfəri davam edir.