İranın Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərində kütləvi etiraz aksiyaları başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə yerli sosial media fəalları məlumat yayıb.
Cümə namazından sonra günorta saatlarında başlayan aksiyada “Xamenei utan, ölkədən əlini çək”, “Xamenei qatildir, hakimiyyəti batildir” və başqa bu kimi şüarlar səsləndirilir.