Zahidada etirazlar başlayıb. Əhali cümə namazından sonra ətraf küçələrdə etiraz aksiyası keçirir.
AzerTimes xəbər verir ki, aksiyada etirazçılar “Xameneiyə ölüm” şüarı səsləndirir.
Qeyd edək ki, cümə namazı üçün gələnlər Məki məscidinə yerləşmədiyinə görə iştirakçılar ətraf küçələrdə namaz qılmağa məcbur olub.
Bu gün Zahidanda qılınan cümə namazı Zahidan imam cüməsi Mövləvi Əbdülhəmidə dəstək məqsədi daşıyıb. Son günlərdə Mövləvi Əbdülhəmi bəlucları dəstəkləməsinə və Zahidanda ölənlərdən Xameneini sorumlu tutmasına görə bəzi radikal din xadimləri və siyasilər tərəfindən ölümlə hədələnmişdi.
Dünəndən İran rəsmiləri Zahidan şəhərinə çoxlu sayda hərbi və xüsusi təyinatlı qüvvələr göndərib. Bu gün şəhərdə etiraz aksiyalarına xeyli insanın qatılacağı bildirilib.