İranın Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərində etiraz aksiyası keçirilib.
AzerTimes xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.
Cümə namazından sonra küçələrə axışan bəluclar ölkədə söz və ifadə azadlığının olmadığının təzahürü kimi sükut yürüşü keçiriblər.
Əyalətin Xaş şəhərində isə küçələrə çıxan narazılar “Ölüm olsun SEPAH-a” və başqa bu kimi şüarlar səsləndiriblər.