Zahidanda etiraz aksiyası: İnternet kəsildi

Zahidanda etiraz aksiyası: İnternet kəsildi

Sistan və Bəlucistan əyalətinin Zahidan və başqa bir neçə şəhərində ənənəvi olaraq həftəlik etiraz aksiyası keçirilib.

AzerTimes xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Aksiyaçılar hökumət əleyhinə şüarlar səsləndirərək, siyasi məhbusların azadlığa buraxılmasını tələb ediblər.

Bildirilib ki, əyalətin bir neçə şəhərində internetə ciddi məhdudiyyətlər tətbiq olunub.

Bəluc fəallar Zahidanda geniş təhlükəsizlik tədbirlərinin həyata keçirildiyini və şəhərə çox sayda xüsusi təyinatlının cəlb edildiyini deyiblər.

Teqlər: