Zahid Orucun “Tərtər işi”ni qaldırması o deməkdir ki…

Zahid Orucun “Tərtər işi”ni qaldırması o deməkdir ki…

Zahid Orucun İnsan hüquqları komitəsinin sədri kimi Milli Məclisdə “Tərtər işi”ni peşəkar şəkildə gündəmə gətirməsi əlbəttə ki, çox vacibdir və məsələnin birbaşa dövlətin nəzarətində olduğunu göstərir.

Bu sözləri AzerTimes-a Milli Məclisin 16 dekabrda keçirilən iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Orucun “Tərtər işi” ilə bağlı çıxışına münasibət bildirən millət vəkili Vahid Əhmədov deyib.

Millət vəkili “Tərtər işi”ni dövlətə qarşı cinayət kimi qiymətləndirib:

“Tərtər işi”nə gəldikdə isə vurğulamaq istəyirəm ki, məsələ çox ciddidir və vəzifədə olub-olmamasından asılı olmayaraq, cinayət törədən, qanunu pozan bütün şəxslər hüquqi məsuliyyətə cəlb edilməli və cəzalandırılmalıdır. Çünki bəhs etdiyimiz cinayətlər Azərbaycan dövlətinə və Silahlı Qüvvələrinə qarşı törədilib. Çoxlu sayda insan, ailə bu ağır cinayətlər zamanı əziyyət çəkib. Cənab Prezidentə aparılan təhqiqat işinin yenidən bərpa etdiyi öz təşəkkürümü bildirirəm. Eyni zamanda Baş prokuror cənab Kamran Əliyevə də Tərtər hadisələri ilə bağlı işlərə ciddi şəkildə nəzarət etdiyi üçün minnətdaram. Artıq müstəntiqlərin apardığı təhqiqat işləri nəticəsində 19 nəfərin günahsız olduğu üzə çıxdı və yəqin ki, bu say artacaq. Bu insanlar haqsız yerə dövlətə xəyanətdə ittiham olunub, onların özləri, ailələrinə satqın damğası ilə mənəvi zərbə vurulub. Bəzən üzr istəmək məsələsi gündəmə gəlir. Lakin məsələ çox ciddi və ağırdır, ona görə bütün cinayətkarlar birmənalı şəkildə hüquqi məsuliyyətə cəlb olunmalı, cəzalandırılmalıdır. Mən ümidvaram ki, cənab Prezidentin rəhbərliyi altında Baş Prokurorluq prosesi sonadək davam etdirəcək və haqq öz yerini tapacaq”.

Teqlər: