Zahid Orucun komandası imza toplamağa başladı

Zahid Orucun komandası imza toplamağa başladı

1 sentyabr 2024-cü ildə keçiriləcək parlament seçkilərində namizədliyini 33 saylı Xətai 1-ci seçki dairəsindən irəli sürən Zahid Orucun imza vərəqələri səlahiyyətli nümayəndələri tərəfindən götürülüb.

Bu barədə AzerTimes-a açıqlamasında Milli Məclisin VI çağırış deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc özü deyib.

“Namizədin rəsmən qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulan 450 imzanın toplanmasına görə müəyyənləşdirilən şəxslərə müvafiq hüquqi təlimatlar və texniki tələblər, ərazinin dislokasiyası, hər bir vətəndaşa ehtiramla yanaşılması və digər normativ qaydalar Qərargah üzvləri tərəfindən seçki komandasına izah olunub. Xüsusilə, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər və veteranlar, eləcə də elm adamlarımız, ziyalılarla və gənclərlə görüşlər zamanı ilkin rəylərin və mövqelərin, istək və müraciətlərin alınması, sistemləşdirilməsi xüsusi tapşırıq kimi müəyyən olunub. İmzaların toplanmasına dair məlumatlar mediaya təqdim olunacaq”, – o bildirib.

Teqlər: