Bu il Laçın rayonunun Zabux kəndində su anbarının tikilib təhvil verilməsi gözlənilir.
AzerTimes xəbər verir ki, bunu Bakıda Beynəlxalq Su Təsərrüfat Sərgi və Konfransı – “Baku Water Week” sərgisinə həsr olunmuş konfransda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib.
O bildirib ki, Azərbaycanda 20-yə yaxın kanalın bərpa olunması nəzərdə tutulub:
“Hazırda onlardan 6-sının bərpa olunması istiqamətində işlər davam edir, 2-də işlər artıq başlama üzrədir, 12-də isə hazırlıq işləri bitmək üzrədir”.