Zabratda iki piyada keçidində xüsusi düymə ilə idarə olunan yeni işıqfor quraşdırılıb

Xəbər - Samir Əli – Trend:

Paytaxtda piyadaların iştirakı ilə ən çox yol-nəqliyyat hadisələrinin baş verdiyi yollardan biri olan Zabrat yolundakı iki piyada keçidində xüsusi düymə ilə idarə olunan yeni işıqfor obyektləri quraşdırılıb.

Bu barədə AzerTimes-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Qeyd edilib ki, yaxınlıqda sıx məskunlaşmanın, ictimai-iaşə obyektlərinin, xəstəxanaların və məktəblərin olduğunu nəzərə alaraq, piyadaların, o cümlədən əlilliyi olan şəxslərin rahatlığını və təhlükəsizliyini təmin etmək məqsədilə:

– Piyada keçidlərində panduslar inşa edilib;


– Pandusların üzərinə hiss ediləbilən döşəmələr yerləşdirilib;

– Svetofor obyektlərinə çağırıcı qurğular yerləşdirilib.

Bildirilir ki, görülən işlər həmin yol sahələrində yol hərəkəti təhlükəsizliyi səviyyəsini artırmaqla yanaşı, həm də piyadaların rahat hərəkətinə şərait yaradacaq.

Teqlər: