Bundesver zabitləri arasında söhbətin ələ keçirilməsi, yəqin ki, Sinqapurda baş verib. Tərəflərdən biri qorunmayan xətt vasitəsilə qoşulub.
AzerTimes xəbər verir ki, bunu Almaniya müdafiə naziri Boris Pistorius deyib.
“Söhbətin qeydə alına bilməsinin səbəbi texnologiyadan istifadə zamanı şəxsi xəta olub. Bütün iştirakçılar müəyyən edilmiş qaydada təhlükəsizlik qaydalarına əməl etməyiblər. İlkin məlumata görə, məlumat sızması Sinqapurda olan, icazəsiz əlaqə vasitəsilə qoşulan iştirakçıdan baş verib”, – Pistorius bildirib.