Yüzmilyonlar ödədik, ancaq bizə silah göndərmədilər

Yüzmilyonlar ödədik, ancaq bizə silah göndərmədilər

Bəzi ölkələr, o cümlədən müttəfiqlərimiz bizə yüz milyonlarla dollar dəyərində silah-sursat verməkdən imtina ediblər. Halbuki bunun üçün ilkin sifariş verilmişdi.

AzerTimes xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan söyləyib.

“Yüz milyonlarla dollar ödənilib, lakin tədarük öhdəlikləri müttəfiq ölkələr tərəfindən yerinə yetirilməyib. Bunlar ağrılı reallıqlardır və biz vəziyyəti dərindən təhlil etməliyik”, – Paşinyan bildirib.

Onun sözlərinə görə, bu, yalnız bir məqsədlə həyata keçirilir – Ermənistanın suverenlikdən, dövlətçilikdən, ərazi bütövlüyündən əl çəkməsi:

“Ancaq vurğulamaq istəyirəm ki, bütün amillərə baxmayaraq, biz müstəqilliyimizi və suverenliyimizi müdafiə etməkdə qətiyyətliyik”.

Teqlər: