Müxtəlif vaxtlarda millət vəkili olmuş 702 nəfər (onların arasında hazırda da millət vəkili olanlar var) Məsud Pezeşkianın prezidentliyə namizədliyini dəstəklədiklərini bildirən bəyanat yayıb.
AzerTimes xəbər verir ki, bu barədə parlament nümayəndələrinin Siyasət Quruculuğu Şurasının rəhbəri Əbdülrza Əzizi məlumat yayıb.
O, daha bir neçə yüz sabiq və hazırkı millət vəkilinin dəstək bəyanatını imzalamağa hazırlaşdıqlarını bildirib.