Ukraynada yaranmış gərgin vəziyyətlə əlaqədar yüz nəfərdən çox
Azərbaycan vətəndaşı Odessadan Moldova sərhədinə yola salınıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən
AzerTimes-a verilən məlumata görə,
Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının
sədri Rövşən Quliyev bildirib ki, bu müddətdə soydaşlarımız
Odessadakı Azərbaycan Evində saxlanılıb, onların bütün ehtiyacları
qarşılanıb.
Ukrayna-Moldova sərhədində onlar Azərbaycanın müvafiq dövlət
orqanlarının nümayəndələri tərəfindən qarşılanacaq və uyğun şərait
yaranan kimi Bakıya təxliyə olunacaqlar.
Rövşən Quliyev Ukraynadakı azərbaycanlıların taleyinə diqqətlə
və həssaslıqla yanaşdığı üçün Azərbaycan Prezidenti İlham Əliyevə
təşəkkürünü bildirib.