Yuxunuz “qaçma”sın

Yuxusuzluğun səbəbləri çoxdur. Bunlara zehni və fiziki gərginliklər, emosional «yoxuşlar», bəzi dərmanlar, pis vərdişlər və yatmazdan əvvəl çoxlu yemək yemək daxildir. Yuxusuzluğa səbəb olan xəstəliklər arasında parkinsonizm, hipertireodizm, depressiv xəstəliklər, nevroz, böyrək xəstəliyi və artrit vardır. Məişət, iş və qlobal problemlər də sağlam insanın yuxusuna mənfi təsir göstərir.

Yuxu bərpa olunmaz isə nə kimi fəsadlara səbəb ola bilər?

Yaddaşın zəifləməsi, ürək-damar xəstəliklərinin yaranmasına, məsələn, miokard infarktı və ya insult, maddələr mübadiləsinin pozulmaları, artıq çəki, neyrodegenerativ xəstəliklərin artması riskinə (məsələn, Alzhezmer xəstəliyi) gətirib çıxardır. Bundan başqa, yuxusuzluq əsəbilik, adaptasiya pozulmaları, stressə qarşı dözümsüzlük, xroniki yorğuluq sindromuna gətirib çıxarda bilər.

İki gecə yuxusuz qaldıqdan sonra insan bədənində qlükoza mübadiləsi və immun sisteminin fəaliyyəti pozulur. Üç gecə yuxusuz qaldıqdan sonra halüsinasiyalar görünə bilər.

İnsomniyanın (yuxusuzluğun) bir neçə müalicə metodları mövcuddur: ənənvi (yəni dərman) və qeyri-ənənəvi.

Yuxusuzluğun müalicəsi üçün qeyri-ənənəvi üsullar bunlardır: akupunktur, relaksasiya -rahatlama və dərin nəfəs alma üsulları, yoqa, fitoterapiya, yuxu gigiyenası (gündəlik rejimin düzgün təşkili, düzgün bəslənmə, rahat yuxu şərtləri). Ənnəvi müalicə metoduna isə, əlbəttə ki, medikamentoz müalicə aiddir.

Yuxusuzluq zamanı istifadə olunan dərmanlara gəldikdə isə mükəmməl bir vasitə yoxdur.

Bir çox yuxu dərmanı asılılıq yaradır və 15-20 gündən çox istifadə edilməməlidir. Yuxu dərmanından sonra gün ərzində yuxululuq hissi olmamalıdır. Ümumiyyətlə yuxu dərmanları və vasitələri həkim tərəfindən təyin olunmalıdır.

Yaxşı yuxu dərmanı stabil, dərin gecə yuxusunu təmin etməli, gün ərzində minimal yuxululuq hissinin qalması ola bilər, bu isə insanın gündəlik fəaliyyətinə qətiyyən təsir göstərməməli, yan təsirləri olmamalı, stresəleyhinə təsir göstərməli və asılılığa səbəb olmamalıdır.

Yuxu zamanı insan bədənində anabolik proseslərin səviyyəsi artır (əzələlər rahatlaşır, dəri bərpa olunur, beyin lazımsız məlumatları unudur, bədən hormonlar istehsal edir, immunitet ən yüksək səviyyədə olur). Axşama döğru yuxu hormonunun – melatoninin sintezi başlayır. Bizdə yatmaq istəməyimizə səbəb olan budur.

Melatonin, ətraf mühitin işıq rejimi haqqında məlumatları beyinə ötürən kiçik bir endokrin vəz olan epifizin əsas hormonudur. Konsentrasiyası, bir qayda olaraq, gün ərzində dəyişir – gündüz aşağı, gecə isə maksimum səviyyədə olur. Gecələr parlaq işıqlandırma hormon istehsalını azaldır, buna görə də bir insanın qaranlıqda yatması və ya ən azından xüsusi maska köməyi ilə gözlər üçün qaranlıq bir rejim təmin etməsi vacibdir.

Bütün bu tədbirlərə baxmayaraq yuxunuz bərpa olunmursa, melotonin tərkibli vasitələr qəbul etmək lazımdır. Digər yuxugətirici vasitələrdən fərqli olaraq, melatonin orqanizmin sintez elədiyi təbii vasitədir. O yalnız yuxugətirici təsir göstərmir, ən əsası yuxunun ritmini bərpa edir. Buna görə də insan yuxudan doyaraq, gümrah şəkildə oyanır.

Apteklərdə melotonin tərkibli preparatlar vardır, onlar həm kobinasiyada, həm də tək melotonindən ibarət ola bilərlər. Sizə uyğun olan vasitəni isə həkiminiz və ya əczaçınız tövsiyyə edə bilər.

Yuxu ritmini normallaşdıran vasitələrdən melatonin tərkibli preaparatların qəbulu hesab olunur.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.

Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliklərlə yanaşı müxtəlif xəstəliklərə qarşı effektiv və təsirli bir mübarizə üçün yüksək keyfiyyətli dərmanlar, təbii dərmanlar, kosmetik və gigiyena məhsulları, uşaq qidaları və tibbi ləvazimatlar üçün *7700 ilə əlaqə saxlayaraq axtardığınız dərmanları pulsuz çatdırılma ilə əldə edə bilərsiniz.

Sifariş üçün:

+99455 251 77 00 (WhatsApp) nömrəsinə yaza, və ya * 7700 ilə əlaqə saxlaya bilərsiniz.

Mobil tətbiq aptekonline.az.

Mobil tətbiqi buradan yükləyin:

aptekonline.az/qr

aptekonline.az

onlineaptek.az

Çatdırılma Pulsuzdur!

Teqlər: