Xroniki yuxu çatışmazlığı yüksək hemoglobin səviyyəsi ilə
əlaqələndirilə bilər, yəni yuxusuzluq diabetə səbəb ola bilər.
Trend xəbər
verir ki, bunu britaniyalı mütəxəssis Stiv Peyn aparlımış
tədqiqatların yekununa əsasən bildirib.
Onun sözlərinə görə, həkimlər yuxusuzluq problemli 40 yaşdan
aşağı olan insanların daha çox diabet xəstəliyinə məruz qaldıqları
qənaətinə gəliblər.
Bristol Universitetində aparılmış araşdırmanın nəticələrinə
görə, yuxusuzluqla bağlı problemləri olan insanlarda daha yüksək
hemoglobin səviyyəsi müşahidə olunur.
“Bunun hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Mütəxəssislər yuxu çatışmazlığının qlükoza mübadiləsi ilə əlaqəli
ola biləcəyini və həmçinin iştaha və aclıq səviyyəsinə təsir edən
hormonal disbalansa səbəb ola biləcəyini düşünürlər”, – S. Peyn
bildirib.