Yuxarı Qarabağ kanalında batan gəncin meyiti tapılıb

15.04.2022-ci il tarixində Yuxarı Qarabağ kanalının Mingəçevir
şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2003-cü
il təvəllüdlü Əhmədov Allahverdi Zalış oğlunun axtarışları başa
çatıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a bildirilib ki,
A.Əhmədovun meyiti kanalın Mingəçevir şəhəri ərazisindən keçən
hissəsində (batdığı yerdən təqribən 1 km aralı) Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin
dalğıc-axtarış qrupu tərəfindən aşkarlanaraq çıxarılıb və aidiyyəti
üzrə təhvil verilib.

Teqlər: