Yuxarı Larsda Rusiya vətəndaşları geri qaytarılır

Yuxarı Larsda Rusiya vətəndaşları geri qaytarılır

Yuxarı Lars sərhəd keçid məntəqəsi vasitəsilə Gürcüstana keçmək istəyən Rusiya vətəndaşlarına çağırış vərəqəsi paylanılır.

AzerTimes xəbər verir ki, bu barədə Şimali Osetiya hərbi komissarlığından bildirilib.

Bildirilib ki, hazırda sərhədi keçmək istəyən 180 nəfərə çağırış vəsiqəsi təqdim olunub.

Qeyd edək ki, mobil əməliyyat qrupları Yuxarı Larsın yaxınlığında yerləşir, onlar səfərbərlik zamanı çağırılan şəxslərə çağırış vərəqəsini təqdim edib geriyə qaytarırlar.

Teqlər: