Yuxarı Larsda problem: İrəvan çarəsiz duruma düşdü

Yuxarı Larsda problem: İrəvan çarəsiz duruma düşdü

Yuxarı Larsda tıxac problemi hələ də həllini tapmayıb.

AzerTimes xəbər verir ki, bunu “Spayka” şirkətinin layihələrin idarə edilməsi şöbəsinin rəhbəri Karen Baqdasaryan deyib.

“Vəziyyət belə davam edərsə, bu, Ermənistandan Rusiyaya mal axınının ən azı 20% azalmasına gətirib çıxaracaq. Noyabr-dekabr ayları Yeni il üçün malların satışında artım dövrüdür. Larsdakı vəziyyət təkcə erməni şirkətlərinin maliyyə komponentinə deyil, həm də onların reputasiyasına zərbə vurur. Əgər biz malları vaxtında çatdırmasaq, o zaman bizim mallarımızı alan şirkətlər imtina edə bilər”, – Baqdasaryan söyləyib.

Qeyd edək ki, Krım körpüsündəki məlum partlayışda istifadə edilən partlayıcı Ermənistandan Gömrük İttifaqının tələblərinə uyğun yenidən sənədləşdirilməklə sərhəddən keçirilmişdi. Belə ki, Rusiya sərhəd və gömrük xidmətləri Aİİ üzvü olan ölkələrdən gələn malların daha sürətli keçidini təmin edir və onları ləngitmirdilər.

Ancaq Krım partlayışından sonra Ermənistandan gələn yüklər Yuxarı Larsda ciddi şəkildə yoxlanılır. Bu isə kilometrlərlə tıxacın yaranmasına səbəb olub. Ermənistan Yuxarı Larsdan yük keçidinin sürətinin on dəfə azaldığını (əvvəlki günlük 300 yük maşınına nisbətdə hazırda 30 maşın) bildirib.

Teqlər: