“Yuxarı Lars” yük maşınları üçün bağlandı

“Yuxarı Lars” yük maşınları üçün bağlandı

Gürcüstanla Rusiyanı əlaqələndirən “Yuxarı Lars” beynəlxalq keçid məntəqəsindən yük maşınlarının keçidi növbəti dəfə qadağan edilib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan deyib.

Onun sözlərinə görə, minik avtomobilləri yolun müəyyən edilmiş hissəsi ilə hərəkət edə bilər.

Gürcüstanın Avtomobil Yolları Departamentinin məlumata görə, qadağa əlverişsiz hava şəraiti ilə əlaqədar tətbiq edilib.

“Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsi qar səbəbindən qoşqulu və yarımqoşqulu avtomobillər üçün bağlanıb”, – məlumatda deyilir.

Teqlər: