Futbol üzrə İtaliya çempionatının ilk turunda Turinin “Yuventus” klubu “Udineze” ilə heç-heçə oynadı.
Trend “TASS”a istinadən xəbər verir ki, 2:2 hesabı ilə bitən görüş Udin şəhərindəki “Dacia Arena”da keçirilib.
“Yuventus”dan qolları Paolo Dibala (3-cü dəqiqə) və Xuan Kuadrado (23), “Udineze”dən isə Roberto Pereyra (51 – penaltidən) və Jerar Delofeu (84) vurublar. Matça əlavə olunan dördüncü dəqiqədə Kriştianu Ronaldonun qolu hakim videoassistenti (VAR) sistemindən istifadə edildikdən sonra ləğv olundu.
Növbəti turda “Yuventus” 28 avqustda öz meydanında “Empoli” ilə oynanılacaq, “Udineze” bir gün əvvəl “Venesiya”nı qəbul edəcək.