Xəbər - Orxan Nəbiyev – Trend:
İtaliyanın “Yuventus” futbol klubunun üç futbolçusu rəhbərlik tərəfindən bir oyunluq cəzalandırılıb.
AzerTimes-ın məlumatına görə, bir neçə gün əvvəl Ueston Makkenni öz evində əyləncə təşkil edib və klub yoldaşları Paulo Dibala və Arturu dəvət edib.
İtaliyada pandemiya ilə əlaqədar mövcud qaydalara əsasən, evlərdə əyləncə tədbirləri keçirmək qadağan edilib.
Klub rəhbərliyi hər üç futbolçuya pul cəzası tətbiq etməklə yanaşı, onları bir oyunluq kənarlaşdırıb.
Futbolçular aprelin 3-də İtaliya çempionatının 29-cu turu çərçivəsində keçiriləcək “Torino” ilə matçı buraxmalı olacaq.