Futbol üzrə İtaliya A Seriyasında I tura yekun vurulub.
AzerTimes xəbər verir ki, çempionluğa iddialı “Yuventus” doğma meydanda “Komo” ilə qarşılaşıb. Görüş ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Yuventus”un heyətində qolları Timoti Vea, Samuel Mbanqula və Andrea Kambiaso vurublar.
Türkiyə millisinin üzvü Kənan Yıldız 45+1-ci dəqiqədə ikinci qolun məhsuldar ötürməsini edib.