Yutub Rusiyanın “Vaqner” qruplaşmasının reklamlarına qadağa qoymur, Priqojinin muzdluları platforma vasitəsilə hətta sursat üçün vəsait toplayırlar.
AzerTimes xəbər verir ki, bu barədə “Sunday Tayms”ın araşdırmasında deyilir.
Məlumata görə, Yutubda “Vaqner”in bütöv pleylisti, əsasən rep mahnıları, onlarla təbliğat videoları, o cümlədən qrupa qoşulmaq üçün çağırışları ehtiva edən videolar tapılıb.
Bildirilib ki, Yutub alqoritminin Rusiyayönümlü dezinformasiyanı gücləndirmək üçün istifadə edildiyinə dair sübutlar da var. Məqalədə deyilir ki, platformadakı Vaqner videoları tükəndikcə, izləyicilər terror qruplaşmasının getdikcə daha çox şiddət göstərən videolarına yönləndirilir.